3 İyul 2022 10:39
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Moldovaya hərbi yardım proqramının başladığını elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Aİ Şurasının şənbə günü dərc olunmuş bəyanatında deyilir.

Bildirilib ki, yardım məqsədilə Avropa Sülh Fondundan 40 milyon avro ayrılacaq.

“Proqramın ümumi məqsədi milli təhlükəsizliyin, sabitliyin və müdafiə sektorunun davamlılığının gücləndirilməsi məqsədilə Moldova Respublikası Silahlı Qüvvələrinin imkanlarının genişləndirilməsinə töhfə verməkdir”, - bəyanatda bildirilir.

Proqram Moldova ordusu qeyri-letal siilah və avadanlıqların, o cümlədən pilotsuz kəşfiyyat təyyarələri və taktiki rabitə vasitələrinin əldə edilməsinə yönəlib.


Müəllif: Teleqraf.com