3 İyul 2022 12:56
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada qətl törədərək qaçan azərbaycanlı Elçin Ağayevin axtarışları davam edir.

Ötən gün 36 yaşlı azərbaycanlının gizlənmə ehtimalının olduğu bir neçə evə və obyektə eyni zamanda basqın edilib.

Federal Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat Qrupu (SEK) tərəfindən təşkil olunan basqınlarda E.Ağayevə aid heç bir iz aşkar edilməyib.
Müstəntiqlər onun qum-çınqıl satışı ilə məşğul olan bir firmaya aid yük avtomobili sürücüsü ilə qaçdığını ehtimal edirlər.

Həmin firmaya da basqın təşkil edən polis, orda da hər hansı bir izə rast gəlməyib. Polislər itlərlə yaxınlıqdakı meşədə axşam saatlarına kimi axtarış aparıblar.

Xatırladaq ki, iyunun 18-də, Şimali Reyn Vestfaliya əyalətinin Kalettal şəhərində 36 yaşlı azəraycanlı Elçin Ağayev keçmiş sevgilisi, 42 yaşlı Nadine adlı qadının hazırda yaşadığı 39 yaşlı Andrej F.Rintelneri balta ilə qətlə yetirib. E.Ağayevin axtarışı Almaniya Federal Daxili İşlər Nazirliyi ilə bərabər Avropa Polis Təşkilatı (Europol) tərəfindən də həyata keçirilir. “Europol”un məlumat bazasında isə E.Ağayev “olduqca təhlükəli və silahlı” kimi qeyd olunub. E.Ağayevi tanıyanlardan 0521/5454646 nömrəsi ilə əlaqə yaratmaları xahiş olunur. Onun yerini deyənlərə isə, 5 min avro pul mükafatı ayrılıb.


Müəllif: Mənbə/Report