3 İyul 2022 14:27
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 19 nəfər ölüb, 12 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb.

Hadisəyə səbəb yağış zamanı sürücünün idarəetməni itirməsi olub.

Yaralılar yerli xəstəxanalara çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır.

Bəlucistan əyalətinin paytaxtı Kvettadan İslamabada gedən avtobusda 30 sərnişin olub.


Müəllif: Teleqraf.com