3 İyul 2022 17:24
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda ötən sutka ərzində 717 nəfər koronavirusa (COVID-19) yoluxub, 6 nəfər ölüb

Teleqraf.com xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 141 396 nəfər, yoluxanların sayı isə 7,23 milyondan çoxdur. Virus daşıyıcılarından 211 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 7,06 milyondan çox şəxs koronavirusdan sağalıb, 52,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 150 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 27,7 milyon təşkil edir.


Müəllif: Teleqraf.com