3 İyul 2022 18:28
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanda persona non-qrata elan edilmiş rus diplomatlar Sofiyanı tərk edirlər.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, artıq onların pasport və gömrük nəzarəti prosedurları başa çatıb.

Təxminən 160 nəfər Moskvaya yola salınıb.

İyunun 28-də Bolqarıstan hakimiyyəti 70 rus diplomatı və Rusiya diplomatik departamentlərinin texniki heyətinin nümayəndələrini ölkədən çıxarmaq barədə qərar qəbul edib. Bolqarıstanın baş naziri vəzifəsini icra edən Kirill Petkov səfirlik əməkdaşlarının casusluqda ittiham olunduğunu və bunun onların diplomatik roluna uyğun olmadığını bildirib.

Rusiya Xarici İşlər Nazirliyi Bolqarıstanın hərəkətlərinə uyğun cavab veriləcəyini bəyan edib.


Müəllif: Teleqraf.com