3 İyul 2022 18:44
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Donetsk və Luqansk vilayətlərinin işğalını başa çatdıracaq"

Teleqraf.com xəbər verir ki, bunu Britaniya Baş Qərargahının keçmiş rəhbəri, general Riçard Dannat "Sky News"a müsahibəsində bildirib.

"Dünya onlara getməyi əmr edə bilər, amma ruslar getməyəcək və heç kim onları getməyə məcbur edə bilməz", deyə general bildirib.

Riçard Dannat əlavə edib ki, Ukrayna tərəfinin Rusiya qüvvələrini “qovmaq” üçün kifayət qədər gücü yoxdur.

Dannatın sözlərinə görə, DXR və LPR-nin işğalı, demək olar ki, qaçılmazdır. O, məhz bundan sonra Rusiyanın müharibəni dayandıracağını və danışıqlara başlayacağını etiraf edib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Vladimir Putinə Luqanskın tam nəzarətə götürüldüyü barədə məlumat verib.


Müəllif: Teleqraf.com