3 İyul 2022 18:56
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin Hurqa ərazisində köpək balığı daha bir nəfəri yeyib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, o, rumıniyalı turist olub.

İyulun 1- də əri ilə birlikdə Misirdə yaşayan Avstriya vətəndaşına da köpək balığı hücum edib. Yırtıcı balıq dənizdə üzən qadının qolunu və ayağını dişləyib. Zərərçəkən təcili yardım maşınında dünyasını dəyişib.

Qırmızı dənizdəki çimərliklər bağlanmasa da, turistlərə dərinliklərə baş vurmamaq barədə xəbərdarlıq edilib.


Müəllif: Teleqraf.com