3 İyul 2022 20:33
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tesla" şirkəti bu ilin II rübündə elektrik avtomobillərinin istehsalını azaldıb. Buna səbəb "Tesla"nın Çinin Şanxay şəhərindəki zavodunu bağlaması olub.

Teleqraf.com "Financial Times"a istinadən xəbər verir ki, aprel-iyun ayları arasında Tesla 258 580 avtomobil istehsal edib ki, bu da 2022-ci ilin birinci rübündən 15,3% azdır. Eyni zamanda, son istehlakçılara 254 695 avtomobil təhvil verilib (bu ilin birinci rübü ilə müqayisədə -17,9%).

Qeyd olunur ki, işin nəticələrinə komponentlərin tədarükündə yaranan fasilələr və martın sonunda COVID-19 səbəbilə Şanxay müəssisəsinin fəaliyyətini dayandırması mənfi təsir göstərib.

Daha əvvəl bildirilmişdi ki, 2022-ci ilin yanvar-may aylarında Rusiyada elektrik avtomobillərinin satışı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 65% artıb.


Müəllif: Teleqraf.com