3 İyul 2022 20:46
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya və Ukrayna arasında dinc dialoqun vaxtı hələ çatmayıb".

Teleqraf.com xəbər verir ki, bunu Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“İndi Birləşmiş Ştatlar Ukraynaya dəstəyini davam etdirməlidir, biz bunu edirik. Prezident Zelenski özü qərar verməlidir. Amma Zelenski indi bu cür müzakirələr üçün uyğun vaxt olmadığını iddia edir və Rusiya prezidenti Vladimir Putin, şübhəsiz ki, danışıqlara heç bir maraq göstərməyib. ABŞ prezidentinin administrasiyası dəfələrlə vurğulayıb ki, Ukraynadakı münaqişənin həllinin yeganə mümkün yolu diplomatik yolla nizamlanmadır".


Müəllif: Teleqraf.com