3 İyul 2022 22:45
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litva şirkətləri Qarabağda bərpa layihələrində iştirakla bağlı müzakirələr aparır.

Teleqraf.com xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfiri Egidius Navikas deyib.

"Daha çox Litva şirkəti bərpa işlərində iştirak etməkdə maraqlı ola bilər, xüsusən Azərbaycanın bu regionlarda “yaşıl” zona yaratmağı və "ağıllı" kəndlər və "ağıllı" şəhərlər qurmağı planlaşdırdığını nəzərə alsaq, Litvanın da daxil olduğu Aİ ölkələri isə kifayət qədər yaxşı təcrübəyə malikdir", - deyə E.Navikas bildirib.

Səfir qeyd edib ki, Litva da memarlıq abidələrinin bərpasında Azərbaycana kömək edə bilər:

"Yardım edə biləcəyimiz digər sahə Qarabağda və ətraf rayonlarda mədəni irsin bərpasıdır. Bu sahədə litvalı ekspertlər artıq azərbaycanlı həmkarları ilə əlaqə saxlayırlar".

Onun sözlərinə görə, Litva Azərbaycanla innovativ və yüksək texnologiyalı sektorlarda (xüsusilə İKT və bərpa olunan enerji sektorlarında), o cümlədən kənd təsərrüfatı və qida sənayesində əməkdaşlıq imkanlarının tapılmasında xüsusi maraqlıdır.


Müəllif: Mənbə/Trend