4 İyul 2022 01:39
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşən Field's ticarət mərkəzində baş verən atışmada bir neçə nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə şəhər polisinin rəhbəri Soren Tomassen bildirib.

Danimarka Radiosunun məlumatına görə, azı 3 nəfər yaralanıb: “Bir neçə yaralı və bir neçə ölü var”- polis rəisi əlavə edib.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs 22 yaşlı danimarkalıdır. Polis cinayətin terror xarakteri daşıdığını istisna etmir.

***

22:41

Danimarkanın paytaxtı Kopenhagendəki ticarət mərkəzində atışma baş verib.

Teleqraf.com xəbər verir ki, çox sayda insanın xəsarəıt aldığı bildirilir. Hadisəni törədən şəxs saxlanılıb. Saxlanan şəxsin ətrafında istintaq hərəkətləri aparılır.

Hadisə vaxtı binada yüzdən çox adam olub.


Müəllif: Teleqraf.com