4 İyul 2022 09:57
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynanın cənubunda Rusiyanın 47 hərbçisi, özüyeriyən artilleriya qurğuları və haubitsaları məhv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun "Cənub" əməliyyat komandanlığı bildirib.

“Cənub” əməliyyat komandanlığının “Facebook” səhifəsində verilən məlumata görə, Ukrayna ərazisində düşmənin 3 zirehli texnikası məhv edilib.

Komandanlıq əlavə edib ki, düşmənin radioelektron kəşfiyyat məntəqəsi də dağıdılıb:

“Gün ərzində düşmənin təsdiq edilmiş itkiləri 47 minaatan, iki özüyeriyən haubitsa, bir Msta-B haubitsa, bir radiolokasiya stansiyasıdır.”

Ukrayna Ordusunun Baş Qərargahının məlumatına görə, müharibə başlayandan bu günə qədər 35 minə yaxın rus əsgəri və 1548 ədəd tank məhv edilib.


Müəllif: Nemət