4 İyul 2022 10:36
1 658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəyə qarşı təxribatçı və təhrikedici addımlarını davam etdirən Yunanıstan Egey adaları və digər kritik nöqtələrə pilotsuz təyyarələrə qarşı sistemlər yerləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstanda nəşr olunan “Kathimerini” qəzeti yazıb.

İddiaya görə, Yunanıstan “Bayraktar TB-2” və ya ANKA-S dronlarına qarşı İsrail istehsalı pilotsuz uçan aparatlar əleyhinə sistemləri gizli şəkildə adalara yerləşdirməyə başlayıb:

“Müdafiə sistemlərinin quraşdırılmasında məqsəd bölgə üzərində uçan PUA-ların qarşısını almaq və ya onlara mane olmaqdır”.

Nəşrin iddiasına görə, məxfi şəkildə həyata keçirilən proqramın mətbuata sızması Yunanıstan hökumətində narahatlığa səbəb olub.

Digər tərəfdən, Yunanıstanın 400 milyon avroya başa gələcək ABŞ istehsalı 3 ədəd “MQ-9 Reaper” dronu almaq üçün Vaşinqtona təklif verəcəyi gözlənilir.

Yunanıstan Baş nazir Kiryakos Mitsotakis tərəfindən 40 ədəd F-35 döyüş təyyarəsinin alınmasına dair tələb məktubunu imzaladığı və ABŞ-ın hökumət orqanlarına göndərdiyi də bildirilib. Önümüzdəki günlərdə Yunanıstan Müdafiə Nazirliyi rəsmilərinin ABŞ-a səfər edərək satınalma prosesini sürətləndirəcəyi deyilib. Amma bunun uzunmüddətli proses olacağına da diqqət çəkilib.


Müəllif: Mənsur Rəğbətoğlu