4 İyul 2022 10:45
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz tərəfindən verilən fərmanla Nazirlər Şurasının baş katibi vəzifəsindən azad edilib və iki qadın yüksək vəzifələrə təyin olunub.

Teleqraf.com xəbər verir ki, fərmanla Nazirlər Şurasının baş katibi Əbdürrəhman bin Əyyaf əl-Mukrin tutduğu vəzifədən uzaqlaşdırılaraq Kral Məhkəməsi katibinin müşaviri vəzifəsinə təyin edilib.

Əl-Mukrinin boşaldığı kürsüyə kimin oturacağı barədə məlumat verilməyib.

Sərəncamla şahzadə Hayfa bint Məhəmməd əl-Səud turizm nazirinin müavini, Əş-Şeyxanə əl-Əzzaz isə Nazirlər Şurasının baş katibinin müavini təyin edilib. Əzzaz bu vəzifəyə təyin olunan ilk qadın olub.

Səudiyyədə son illər bəzi tənzimləmələrlə qadınlara qoyulan qadağaları yumşaltmağa, qadının ailə və cəmiyyətdə mövqeyinin gücləndirilməsinə çalışılır.


Müəllif: Mənsur Rəğbətoğlu