1 Dekabr 2014 22:20
1 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynada növbəti inqilab təhlükəsi tamamilə realdır. Mövcud hökumət üçüncü Maydandan qaçmaq üçün dərhal islahatların reallaşdırmasına başlamalıdır”.

Teleqraf.com-un Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu fikirləri tanınmış Rusiya maliyyəçisi Slava Rabinoviç səsləndirib.

“Rusiyada deyirlər ki, Kreml Ukraynaya qarşı qoşunlarını hərəkətə gətirəcək. Bunun qarşısını yalnız peşəkar komandanın yaradılması yolu ilə almaq olar. Fikrimcə, ən yüksək sinif 100 peşəkardan ibarət olmalıdır. Bu insanlar Ukraynada islahatların həyata keçirilməsində iştirak edə bilərlər", - deyə o bildirib.

Onun sözlərinə görə, üçüncü Maydandan qaçmaq üçün Kiyev dərhal “Plan 500 gün”ü hazırlamalıdır. S.Rabinoviç qeyd edib ki, Ukraynada pozitiv dəyişikliklərin zənciri hökumətin peşəkar səviyyəsinin artımından başlanmalıdır.


Müəllif:

Oxşar xəbərlər