4 İyul 2022 14:27
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanda nəzərdə tutulan konstitusiya dəyişikliklərindən sonra Qaraqalpaqıstan Respublikasında keçirilən etiraz aksiyalarında ölənlərin sayı 18-ə yüksəlib.

Teleqraf.com xəbər verir ki, Özbəkistan rəsmiləri bölgədə davam edən etirazlarda həyatını itirənlərin sayının 18-ə yüksəldiyini, 243 nəfərin yaralandığını açıqlayıb.

Aksiyalar zamanı 516 nəfərin saxlanıldığını və əksəriyyətinin sonradan sərbəst buraxıldığı bildirilir.

Özbəkistan Prezidenti Şevkət Mirziyoyev Nukusda davam edən etirazlar zamanı etirazçıların polisə daş və silahla hücum etdiyini bildirib.


Müəllif: Nemət