4 İyul 2022 16:46
1 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanla aparılan danışıqlarla bağlı mühüm açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, o, bölgədə qalıcı sülhə ehtiyacın olduğunu bildirib.

“Ermənistanın daxilindəki ekstremist qruplaşmalar ciddi təzyiqlər yaradır. Onlar Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşma yolunda cəsarətli addım atmasına əngəl törədirlər. Növbəti danışıqlar niyə Ermənistan və Türkiyədə olmasın?”, - nazir qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu