4 İyul 2022 23:57
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə F-16 qırıcılarının tədarükü və modernləşdirilməsi tələbinin Konqresdən keçməsi üçün diplomatik səyləri artırıb.

Teleqraf.com xəbər verir ki, amerikalı konqresmen Lindsi Qraham bu həftə Türkiyəyə səfərindən sonra mühüm açıqlama verib.

Zaman-zaman Türkiyə əleyhinə çıxışları ilə gündəmə gələn Qraham artıq F-16-ların Ankaraya satışı üçün çalışacağını bildirib:

“NATO üzvü və Amerikanın dəyərli müttəfiqi olan Türkiyəyə çox məhsuldar səfərim oldu. Zaman-zaman problemli münasibətimiz olsa da, Türkiyə və ABŞ iki xalq arasında əlaqələri gücləndirmək üçün addımlar atmalıdır. Bayden administrasiyasının Türkiyə Hərbi Hava Qüvvələrinə F-16-ları satmaq qərarını dəstəkləmək üçün əlimdən gələni edəcəyəm”.

ABŞ Prezidenti Co Bayden NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində türk həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra F-16 təyyarələrinin Türkiyəyə satılmalı olduğunu deyib:

“F-16-ları Türkiyəyə satmalı və mövcud olanları modernləşdirməliyik. Bunu etməmək bizim maraqlarımıza ziddir. Onlara F-16-ları satmalıyıq. Düşünürəm ki, bu məsələ ilə bağlı Konqresdən icazə ala bilərik”.


Müəllif: Mənsur Rəğbətoğlu