4 İyul 2022 21:24
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qaraqalpaqıstan Muxtar Respublikasında baş verən hadisələr Özbəkistanın daxili işidir”.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov verdiyi açıqlamada deyib.

Özbəkistanın Rusiyanın müttəfiqi olduğunu bildirən Peskov, “Özbəkistanda baş verənlər ölkənin daxili işidir. Özbəkistan rəhbərliyinin aktiv fəaliyyəti ilə mövcud problemlərin həll olunacağına heç bir şübhəmiz yoxdur” deyib.

Qeyd edək ki, iyulun 1-i Özbəkistanın tərkibinə daxil olan Qaraqalpaqıstan Muxtar Respublikasının paytaxtı Nukus şəhərinin sakinləri ölkə Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərə görə mitinq keçirmişdi.


Müəllif: Teleqraf.com