5 İyul 2022 10:03
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Baxmut və Siverskə hücuma hazırlaşır. Bu şəhərlərə yaxınlaşmaq istəyən Rusiya qüvvələri Baxmut-Lısıçansk magistralının qərbinə doğru irəliləməyə çalışacaqlar.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

“Rus qoşunları böyük ehtimalla Baxmut-Lısıçansk marşrutundan qərbə doğru irəliləmək üçün səylərini davam etdirəcək, nəticədə Baxmut və Siverskə qədər irəliləyəcəklər. Artıq ruslar iyulun 4-də buna ilk cəhdi ediblər. Amma işğalçıların bu planlarını həyata keçirməsi mümkün görünmür”, - məlumatda deyilib.

ISW-in ekspertləri qeyd ediblər ki, Lisıçanskı ələ keçirmək cəhdləri zamanı baş verən itkilərdən sonra rusların bunu uğurla həyata keçirə bilməsi şübhəli görünür.


Müəllif: Mənsur Rəğbətoğlu