5 İyul 2022 09:33
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Dnepropetrovsk vilayətində partlayışlar olub.

Teleqraf.com xəbər verir ki, rus ordusu şəhəri və bölgəni yeddi raketlə vurub.

Dnepropetrovsk vilayət hərbi idarəsinin sədri Valentin Reznıçenko "Telegram" səhifəsində hücumun təfərrüatlarını açıqlayıb.

“Məlum olub ki, daim ərazilərimizi ələ keçirməyə çalışan “mehriban qonşu” Dnepr və bölgəyə 7 raket atıb. Dnepr və Sinelnikovski rayonu üzərində düşmənin 6 raketi vurulub. Raketlərdən birinin hissələri Dnepr çayına düşüb və yanğın başlayıb. Xoşbəxtlikdən xilasedicilər yanğını tez bir zamanda söndürə biliblər, xəsarət alan olmayıb”, - Rezniçenko bildirib.

O əlavə edib ki, Pokrov şəhərində bir neçə ev dağılıb, daha bir neçəsinin pəncərələri sınıb. Partlayış yanğına səbəb olub. Fövqəladə Hallar Nazirliyinin və polisin nümayəndələri hadisə yerində işləyir. İlkin məlumata görə, itki yoxdur.


Müəllif: Nemət