5 İyul 2022 10:29
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç parlamentinin YPG/PKK terror təşkilatı tərəfdarı olan deputatı Əminə Kaxabave Türkiyə, İsveç və Finlandiya arasında imzalanmış üçtərəfli memorandumla əlaqədar xarici işlər naziri Ann Lindanı məhkəməyə verib.

Teleqraf.com xəbər verir ki, deputat ölkənin baş diplomatına qarşı cinayət işinin açılması üçün Konstitusiya Komissiyasına müraciət edib.

PKK-çı Kaxabave Konstitusiya Komissiyasından Lindanın öz səlahiyyətlərini pozub-pozmadığını, eləcə də konstitusiyaya zidd hərəkət edib-etmədiyini araşdırmağı istəyib.

Birgə memorandumda İsveçin Türkiyəyə silah ixracına söz verdiyini və bundan narahat olduğunu bildirən Kaxabave Stokholmun terrorçuları da Ankaraya təhvil verəcəyini deyib. O, bunun da araşdırılmasını istəyib.


Müəllif: Mənsur Rəğbətoğlu