5 İyul 2022 09:39
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bayraktar”lar Litvaya gəlib və bu silahlar tezliklə Ukraynaya gedəcək.

Teleqraf.com xəbər verir ki, bunu Litvanın Müdafiə naziri Arvydas Anuşauskas “Twitter” səhifəsində yazıb.

“Vanaqas” adlı "Bayraktar" bütün təchizatı ilə birlikdə artıq Litvadadır! İyulun 6-da Şiaulyay aviabazasında onun qısa təqdimatını keçirəcəyik, ondan sonra o, Ukraynaya yola düşəcək!”,- nazir yazıb.

Xatırladaq ki, bu ölkə Ukraynaya dəstək, pilotsuz uçuş aparatları üçün 5 milyon avro toplayıb. Daha sonra Türkiyə “Bayraktar”ı pulsuz transfer edəcəyini açıqlayıb.

Qeyd edək ki, Kamenskdə yerli sakinlər Baykalskaya küçəsinin Bayraktarskaya küçəsi adlandırılmasına səs veriblər. Həmçinin, iyunun 28-də Polşa Ukrayna üçün Türkiyədən “Bayraktar” PUA-ları almaq üçün ianə toplayıb.


Müəllif: Nemət