Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Moldovanın Mərkəzi Seçki Komissiyası məlumat verib.
İqor Dodonun Sosialist partiyası 21,03 faizlə seçkilərdə irəlidədir. İkinci yerdə Liberal-Demokrat partiyası (19,68%), üçüncü yerdə Kommunist partiyası yer alır (17,68%). Moldovanın Demokrat partiyası isə 15, 89% səs toplaya bilib.
Bundan əvvəl, Moldova sosialistlərinin yeni parlamentdə Gömrük İttifaqına qoşulmaq niyyəti ilə referendum keçirilməsi təşəbbüsü ilə çıxış edəcəkləri