5 İyul 11:28
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Rusiyanı düşmən elan etmək qərarı Avropada gərginliyin artmasına və sabitliyinin pozulmasına gətirib çıxarır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

Onun sözlərinə görə, Rusiyanın ABŞ və müttəfiqləri tərəfindən düşmən elan edilməsi NATO-nun Madriddə keçirilən sammitində qəbul edilən doktrinal sənədlərdə də öz əksini tapıb.

Patruşev bildirib ki, ABŞ və müttəfiqləri Rusiya ilə strateji sabitlik sahəsində konstruktiv dialoqdan imtina edib və Moskvanın təhlükəsizlik zəmanəti tələblərinə məhəl qoymayıb.

“NATO-nun hərbi infrastrukturu sərhədlərimizə yaxınlaşır, şərq cinahında hərbi qüvvələr aktiv şəkildə yerləşdirilir. Finlandiya və İsveçin alyansa üzvlüyü barədə qərar qəbul edilib. AUKUS adlı yeni hərbi blok yaradılıb”, - Təhlükəsizlik Şurasının katibi vurğulayıb.

Onun fikrincə, bu qərarlar və addımlar təkcə gərginliyin artmasına və Avropanın təhlükəsizliyinin pozulmasına gətirib çıxarmır, həm də de-yure fəaliyyətini davam etdirən Rusiya-NATO Şurasının təsis aktına açıq şəkildə ziddir.

Patruşev qeyd edib ki, ABŞ ötən əsrin sonlarında əldə etdiyi hərbi-siyasi və iqtisadi üstünlüyünü qoruyub saxlamaq üçün Rusiyanın zəifləməsi və sıxışdırılmasına arxalanıb.


Müəllif: Mənsur Rəğbətoğlu