5 İyul 2022 13:03
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donetsk vilayətində də döyüşlərin Luqanskda olduğu kimi ləng gedəcəyi ehtimal edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat agentliyinin dərc etdiyi gündəlik xülasədə bəhs edilib.

Bildirilib ki, Donbas uğrunda döyüş yavaş irəliləyiş tempi və Rusiyanın artilleriyadan kütləvi şəkildə istifadə etməsi ilə səciyyələnir:

"Donetsk vilayətində də hərbi əməliyyatlar bu istiqamətdə davam edəcək. Müharibənin əvvəlki mərhələlərindən fərqli olaraq, Rusiya ən azı iki qüvvə qrupu arasında kifayət qədər effektiv koordinasiyaya nail olub. Söhbət general-polkovnik Aleksandr Lapin və Yujyenin başçılıq etdiyi mərkəzi qrupdan gedir. Lisiçanskın Rusiya tərəfindən nisbətən tez ələ keçirilməsi Luqansk vilayətinin demək olar ki, bütün ərazisi üzərində nəzarəti genişləndirir və bu, Moskvaya müharibənin siyasi məqsədə çatmaqda əhəmiyyətli irəliləyişlər iddia etməyə imkan verir. Rusiya qoşunları Luqansk vilayətinin Lisiçansk şəhərini ələ keçirdikdən sonra, Donetsk bölgəsinə nəzarəti ələ keçirmək üçün qüvvələrini irəli atacaq".

Həmçinin qeyd olunub ki, Ukrayna qüvvələri Severodonetsk-Lisiçansk bölgəsindən çıxarıldıqdan sonra müdafiə üçün daha uyğun olan cəbhə xəttinə çəkilir.


Müəllif: Nemət