5 İyul 2022 15:43
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya genişmiqyaslı müdaxilədə Rusiyaya dəstək verməsi səbəbindən Böyük Britaniya Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcək.

Teleqraf.com-un məlumatına görə, Britaniya hökumətinin mətbuat xidməti qeyd edib ki, iyulun 5-dən Belarusa qarşı yeni iqtisadi, ticarət və nəqliyyat sanksiyaları olunacaq.

Paketə təxminən 60 milyon funt sterlinq dəyərində malların idxalı və ixracına qadağa daxildir.

Bunlar əsasən aşağıdakı məhsulları əhatə edir: neft emalı sənayesi mallarının ixracına, qabaqcıl texnologiyaların komponentlərinin ixracına, dəbdəbəli əşyaların, o cümlədən, Britaniya sənət əsərlərinin və dizayner çantalarının ixracına, Belarus dəmir və polad idxalına qadağa.

Britaniya hökuməti Belarusun dünya səviyyəli Britaniya maliyyə xidmətləri sektoruna çıxışını da məhdudlaşdırır. Eyni zamanda Belarus şirkətlərinə Londonda borc öhdəlikləri və qiymətli kağızlar buraxmağı qadağan edir.


Müəllif: Nemət