Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki bəyan edib.
“Bizim Rusiya ilə İran arasında aparılan və iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən danışıqlardan xəbərimiz var. Hər hansı bir şübhə yarandıqda buna reaksiya veriləcək, lakin biz mücərrəd şəkildə bunu edə bilmərik”, deyə Psaki bildirib.
Xatırladaq ki, bundan əvvəl Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev neftin əvəzi olaraq İrana taxıl və sənaye malları tədarük edəcəyini bildirmişdi