5 İyul 2022 19:56
2 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə İsrail 2018-ci ildə ikitərəfli münasibətləri gərginləşdirən Fələstin məsələsinə görə səfirlərini ölkədən çıxarmışdı.

Teleqraf.com xəbər verir ki, son aylarda Avropanın Rusiya təbii qazından asılılığını azaltmaq üçün İsrail və Türkiyə arasında yeni enerji xəttinin qurulması ideyasının gündəmə gəlməsi, ikitərəfli münasibətləri yaxşılaşdırmaq üçün fürsət olaraq görülür.

İllərdir davam edən qarşıdurmalara baxmayaraq, İsraillə Türkiyə arasında ticarət davam etidirilir. İki ölkə arasındakı ticarət dövriyyəsi 2021-ci ildə 30 faiz artaraq 7.7 milyard dollara çatıb.

Türkiyə ilə bağlı növbəti kritik mesaj İsrailin iqtisadiyyat naziri Orna Barbivaydan gəlib.

Nazir Türkiyə və İsrail arasındakı ticari əlaqələrlə bağlı önəmli qərarın verildiyini açıqlayıb:

“Ticarət nümayəndəliyinin yenidən açılması İsrailin Türkiyə ilə iqtisadi əlaqələrini gücləndirmək istəyini göstərir. On ildən artıq müddətdən sonra iki ölkə arasında birgə iqtisadi konfrans təşkil etməyi qarşıya məqsəd qoymuşuq”.

Barbivay bu addımın hazırda öz məhsullarını Türkiyəyə ixrac edən 1500-dən çox İsrail şirkətini dəstəkləyəcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu