5 İyul 2022 23:10
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin lideri Si Cinpinin Prezident Vladimir Putinin Rusiyaya səfər dəvətindən imtina etməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Çin tərəfi COVID məhdudiyyətlərini yumşaltdıqda qarşılıqlı səfərlər həyata keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Fakt budur ki, Çində koronavirus məhdudiyyətləri davam edir və bu, tamamilə normaldır, biz buna anlayışla yanaşmalıyıq. Putin Çinə, Si Cinpin də Rusiyaya səfərə dəvət olunub. Bu məhdudiyyətlər yumşaldıldıqda bütün səfərlər həyata keçiriləcək”, - Peskov bildirib.

Bundan əvvəl Yaponiya mediası Si Cinpinin pandemiya səbəbindən Putinin Rusiyaya səfər dəvətindən imtina etdiyini yazıb. Qeyd olunub ki, Rusiya tərəfinin dəvəti iki lider arasında iyunun 15-də baş tutan söhbət zamanı edilib.


Müəllif: Mənsur Rəğbətoğlu