5 İyul 2022 19:34
2 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya müharibə elan edən Rusiyada partizan fəaliyyəti güclənib.

Teleqraf.com "The Insider"ə istinadən xəbər verir ki, partizanlar hərbi komissarlıqları yandırır, qatarları relslərdən çıxarır, texnikaların daşınmasına mane olurlar.

Sayt baş verənləri “dəmir yolu müharibəsi ” adlandırıb.

Ümumilikdə, Rusiya Federasiyası ərazisində hərbi komissarlıqlara ən azı 23 hücum baş verib, onlardan 20-si molotov kokteyli ilə yandırma olub. Eyni zamanda, hücumların arxasında müxtəlif qruplar - solçu anarxistlər, ukraynayönlü fəallar və ultrasağçılar dayanır.

Bundan əlavə, mətbuatda yayılan məlumatlara görə, mart-iyun ayları arasında 63 yük qatarı qəfildən relsdən çıxıb. "Dəmiryol müharibəsi"nə görə məsuliyyəti Anarxo-Kommunistlərin Döyüş Təşkilatının nümayəndələri öz üzərinə götürdülər.

Onlar Rusiya Müdafiə Nazirliyinin artilleriya idarəsinin arsenalının yerləşdiyi Vladimir vilayətindəki hərbi hissəyə gedən qatarları saxlayıblar.


Müəllif: Teleqraf.com