5 İyul 2022 23:24
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda işğal altında olan iki cənub şəhəri - Xerson və Melitopol uğrunda döyüşlər Rusiya ilə müharibədə həlledici olacaq.

Teleqraf.com xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin zabiti Yiqal Levin bildirib .

"Əsas döyüşlər cənubda, Xerson və Melitopol uğurunda olacaq. Bu müharibədə gələcəyin açarı budur. Ukrayna aldığı silahlardan bacarıqla istifadə etsə, böyük ərazilər azad olunacaq. Bu, Qərbin münasibətini, Rusiyanın yanaşmasını,satqınların Kremllə əməkdaşlıq səviyyəsini kökündən dəyişəcək. Bu, ümumilikdə hər şeyə təsir edəcək", ekspert bildirib.

Levin Donbass uğrunda döyüşün müharibədə həlledici olacağı ilə bağlı deyilənlərlə razılaşmır.


Müəllif: Teleqraf.com