6 İyul 2022 11:04
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evin sözçüsü Karin Jan-Pyer bir neçə aydır Türkiyəyə F-16-ların satışını müzakirə etdiklərini və ABŞ Prezidenti Co Baydenin Ankaranın bu tələbini dəstəklədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Jan-Pyer Prezident Rəcəb Tayyib Ərdoğanla Madriddə keçirdiyi görüşdən sonra Baydenin F-16-ların satışı ilə bağlı müsbət açıqlamalarının bir qrup Konqres üzvünün tənqidlərinə məruz qalmasına cavab verib.

“F-16 mövzusunda çox açıq danışırıq. Bir neçə aydır ki, bunu müzakirə edirik. Bayden bunu dəstəkləyir. Bundan başqa yeni heç nə yoxdur”, - Ağ Evin sözçüsü deyib.

Bayden Ərdoğanla görüşündən sonra Türkiyəyə F-16 döyüş təyyarələrinin satılmasının lazım olduğunu və bunun üçün ABŞ Konqresindən razılıq ala biləcəklərini söyləyib.

ABŞ Nümayəndələr Palatasında erməni və yunanların lobbiçiliyini edən bir qrup senator Baydenə göndərdikləri məktubda bu dəstəyi tənqid edib.


Müəllif: Mənsur Rəğbətoğlu