6 İyul 2022 10:52
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kalininqradı yalnız hədələrlə blokadadan çıxarmaq olar.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Kalininqrad vilayətinin qubernatoru Anton Alixanov deyib.

“İndi elə bir emosional dünyanın içindəyik ki, yalnız cavab tədbirləri kimi, hədələrlə nəyəsə nail ola bilərik. Təəssüf ki, bu belədir”, - qubernator bildirib.

O, normal, sakit, söhbətin həmişə qarşı tərəfə çatmadığını söyləyib. Alixanov qeyd edib ki, hamıya hər şeyi sakit və başadüşülən şəkildə izah etmək lazımdır.

Litva iyunun 18-dən Kalininqrad vilayətinə malların tranzitini dayandırdığını açıqlayıb. Buna səbəb Avropa Birliyinin Ukraynadakı işğalçı addımları ilə əlaqədar Rusiyaya qarşı sanksiya tətbiq etməsidir.

Rusiya verdiyi bu qərara görə Litvanı hədələyib, buna cavab olaraq konkret addım atacağını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu