6 İyul 2022 11:51
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden F-16-ların Türkiyəyə satışına yaşıl işıq yandırdıqdan sonra yunan lobbisinə bağlı amerikalı siyasətçilər və senatorlar hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, ABŞ siyasətçilərindən Türkiyə əleyhinə qanunun dəyişdirilməsi tələbi ortaya çıxıb.

Kris Pappas, Dina Titus, Karolyn Maloney, Karlie Krist və John Sarbanes tərəfindən imzalanan mətndə ABŞ siyasətçiləri NDAA kimi tanınan Milli Təhlükəsizlik Səlahiyyəti Aktına düzəliş tələb ediblər.

Konqresə göndərilən düzəliş sorğusunda deyilir ki, ABŞ prezidentindən ötən il NATO üzvü olan, digər ölkənin ərazi bütövlüyünü və hava məkanını dəfələrlə pozan ölkəyə silah göndərilməsinin qarşısını alması xahiş olunur.

Konqresə göndərilən qanun dəyişikliyi ilə həm yeni F-16-ların satışının qarşısının alınması, həm də Türkiyəyə çatdırılması gündəmdə olan F-16 modernizasiya dəstlərinin satışının dayandırılmasının hədəfləndiyi açıqlanıb.

Baydenin Yunan lobbisinin dəstəyi ilə hərəkət edən ABŞ siyasətçilərinə qarşı yalnız bir kozır kartı var. Bayden Türkiyəyə bu satışın ABŞ-ın milli təhlükəsizliyinə lazım olduğunu aydınlaşdırsa, bu düzəlişdən yan keçə bilər.


Müəllif: Nemət