6 İyul 2022 12:18
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ dövlət katibi Entoni Blinkenin Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşlə bağlı açıqlamasını müğənni Britni Spirsin mahnısı ilə müqayisə edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Teleqram kanalında bildirib.

Zaxarova Blinkenin ifadəsinin Spirsin “Baby one more time” mahnısının sözlərinə bənzədiyini deyib və bu bəstədən sitat gətirib:

"İyun bitdi, sənin gücün zəifləyir, mən də bu yalandan uçub gedəcəm”.

Bundan əvvəl Blinken bildirib ki, Rusiya dövlət katibi ilə Lavrov arasında görüş təşkil etmək üçün əsas verməlidir. ABŞ rəsmisinin sözlərinə görə, hazırda Vaşinqton belə bir əlaqəni məqsədəuyğun hesab etmir.


Müəllif: Mənsur Rəğbətoğlu