6 İyul 2022 12:47
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərq və Qərb qüvvələr qrupuna daxil olan Rusiya ordusu hazırda Slovyanskdan təxminən 16 kilometr şimaldadır.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının gündəlik hesabatında deyilir.

Bildirilir ki, Rusiya Şərq və Qərb qüvvələr qrupunun qalan hissələrinin əksəriyyətini İzyum istiqamətinə keçirib və Slavyansk istiqamətində irəliləməyə davam edir.

Son bir həftə ərzində Rusiya qüvvələrinin Ukraynanın son dərəcə qətiyyətli müqaviməti ilə üzləşərək İzyumdan əsas E40 yolu boyunca daha 5 km irəlilədiyi bildirilir.

"Şəhərin Mərkəzi və Cənub qüvvələr qrupu tərəfindən təhlükə altında olduğunu nəzərə alsaq, Slovyansk uğrunda döyüşün Donbass uğrunda mübarizədə növbəti əsas döyüş olacağı ehtimalı var", - məlumatda qeyd edilib.

Qeyd edək ki, ağır döyüşlərdən sonra Ukrayna qoşunları Luqansk vilayətinin Lisiçanskdakı mövqelərindən və xətlərindən geri çəkilib. Baş Qərargah uğur üçün polad iradə və vətənpərvərliyin kifayət etmədiyini, bunun üçün maddi-texniki resursların da lazım olduğunu açıqlayıb.

Britaniya kəşfiyyatı gündəlik hesabatında bildirib ki, rus qoşunları Luqansk vilayətinin Lisiçansk şəhərini ələ keçirdikdən sonra Donetsk bölgəsinə nəzarəti ələ keçirmək üçün qüvvələrini səfərbər edəcək.


Müəllif: Nemət