Ermənistan Müdafiə Nazirliyi hərbi təhsil sahəsində islahatlar həyata keçirir. Buna əsasən İrəvanda hərbi akademiya yaradılacaq.
Teleqraf.com erməni mediasına istinadən bildirir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının növbədənkənar iclasında bildirib.
Onun sözlərinə görə, Hərbi Universitet və Hərbi Aviasiya İnstitutu birləşdirilir və yeni Hərbi Akademiya yaradılması planlaşdırılır. Burada sərhəd qoşunlarında xidmətə hazırlıq üçün fakültələr də daxil olmaqla ayrıca fakültələr yaradılacaq.
“Bu islahatdan əvvəl bizdə sərhəd qoşunlarının zabitlərinin hazırlanması üçün ayrıca təhsil müəssisəsi yox idi”, - nazir bildirib.
Papikyan qeyd edib ki, Ermənistan və Rusiyada hərbi məktəbləri bitirənlər sərhəd qoşunlarında xidmət ediblər.