6 İyul 2022 13:23
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Baş naziri Castin Trüdo Finlandiya və İsveçin NATO-ya qoşulma protokollarını ratifikasiya etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Trüdo bu gün Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün qoşulma protokollarını ratifikasiya edən ilk ölkə olduğunu deyib.

Bildirib ki, bu addım iki ölkənin NATO-ya tamhüquqlu üzvlüyə bir addım yaxınlaşdırır.

Baş nazir Finlandiya və İsveçin NATO-ya üzvlük protokollarını təsdiqləməsi ilə bağlı yazılı açıqlama verib.

Kanadanın protokolların ən qısa zamanda ratifikasiyası üçün addımlar atdığını ifadə edən Trüdo, bununla yanaşı İcmalar Palatasında keçirilən səsvermədə iki ölkənin ittifaqa qoşulmasının yekdilliklə qəbul edildiyini bildirib.

O bu iki ölkənin NATO-ya tez və effektiv şəkildə inteqrasiya etmək və alyansın kollektiv müdafiəsinə töhfə vermək qabiliyyətinə tam əmin olduğunu qeyd edib.

“Biz onların Alyansla sıx tərəfdaşlığını və transatlantik təhlükəsizliyə dəyərli töhfələrini həmişə alqışlayırıq. Onların üzvlüyü NATO-nu gücləndirəcək və biz bütün NATO üzvlərini düşmənlərin müdaxilə imkanlarını məhdudlaşdırmaq üçün ratifikasiya proseslərini sürətlə başa çatdırmağa çağırırıq. NATO sülh, demokratiya və ümumi dəyərlərdə birləşərək regionda sabitliyi və əməkdaşlığı dəstəkləməyə davam edəcək”, - Baş nazir bildirib.


Müəllif: Nemət