6 İyul 2022 16:26
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hərbi bioloji fəaliyyətləri dayandırmalıdır və pandemiyadan təsirlənən bütün dövlətlərin itkilərini kompensasiya etməyə borcludur.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Lancet” koronavirus komissiyasının rəhbəri Cefri Saks bir müddət əvvəl COVID-19-un böyük ehtimalla Amerika bioloji laboratoriyasında yaradıldığını iddia edib.

Volodin Saksın bununla bağlı iddiasına toxunub:

“Amerikalı alim, COVID-19 üzrə komissiyanın rəhbəri ABŞ-ı koronavirus pandemiyasını yaymaqda ittiham edib: “Demək olar, əminəm ki, bu Amerikanın biotexnoloji laboratoriyalarından çıxıb”.

Bu gün belə ittihamlar səslənəndə Bayden susur. O qorxur ki, dünya pandemiyanın əsl günahkarı haqqında həqiqəti öyrənəcək.

Milyonlarla xəstə və ölü insan, qlobal iqtisadi böhran, insanların həyat səviyyəsinin aşağı düşməsi Vaşinqtonun cavabdehlik daşımalı olduğu COVID-19-un nəticələridir.

ABŞ-ın bütün dünyada apardığı hərbi bioloji tədqiqatları dayandırılmalıdır. ABŞ pandemiyadan təsirlənən bütün ölkələrə dəymiş itkiləri kompensasiya etməyə borcludur”.


Müəllif: Mənsur Rəğbətoğlu