6 İyul 2022 14:25
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında əsl informasiya müharibəsi başlayıb və kiber hücumların sayında eksponensial artım müşahidə olunub.

Teleqraf.com xəbər verir ki, bunu çərşənbə günü KTMT katibliyinin nümayəndəsi Aleksandr Kuznetsov “İnfoforum – Soçi” IX Cənub İnformasiya Təhlükəsizliyi Forumunda bildirib.

“Dövlətlərimizin informasiya infrastrukturlarına kiber hücumların sayı artır. Kompüter hücumlarının eksponensial artımı var və onların sayı xeyli artıb, əksəriyyəti mürəkkəbdir”, - Kuznetsov bildirib.

Əlavə edib ki, 2022-ci ildə bu sahədə qarşıda duran vəzifələr daha da kəskin, ciddi və miqyaslı olub: “Əslində, əsl aqressiya baş qaldırır”.


Müəllif: Nemət