Makronla Putin arasında telefon danışığının lentə alınması Fransa televiziyasında yayımlanıb və Moskvada böyük əks-səda doğurub.
Teleqraf.com xəbər verir ki, Rusiya tərəfi telefon danışığının yayılmasını tənqid edib.
“Diplomatiyada bu cür birtərəfli sızmalara yer yoxdur”, - Rusiyanın xarici işlər naziri Lavrov bildirib.
Ukrayna müharibəsi zamanı Rusiya prezidenti Putinlə telefon danışıqlarına görə tənqid hədəfinə çevrilən Makronun Putinlə müharibənin başlamasına 4 gün qalmış telefon danışığının səsyazısı ötən həftə “France 2” kanalı tərəfindən yayımlanıb. “Bir Prezident, Avropa və müharibə” sənədli filmində Makronun Putini müharibəyə başlamamağa razı salmağa çalışdığı görünür.
Sənədli filmlə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Biz həmişə bu şəkildə danışıqlar aparırıq və bundan heç vaxt utanmırıq. Nə düşündüyümüzü açıq şəkildə deyirik. Lakin diplomatiyada belə birtərəfli sızmalara yer yoxdur” deyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, Paris göstərdi ki, iki liderin görüşünün yayımlanmasını normal hesab edir: “Fransa tərəfindən şəxsi həyatın toxunulmazlığına hörmət edilməsini gözləmək mənasızdır”.
Fransa hökuməti 2020-ci ildə Makron və Putin arasında dialoqu mətbuata sızdırdığı üçün Moskvanın reaksiyasını çəkib.