6 İyul 2022 16:12
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ədliyyə naziri Bəkir Bozdağ İsveç və Finlandiyanın terrorçuların ekstradisiyası ilə bağlı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, nazir tələb olunan terrorçuların Ankaraya təhvil verilməsi ilə bağlı iki ölkəyə rəsmən müraciət edildiyini bildirib.

“Tələblərimizi səfirlər və xarici əlaqələr vasitəsilə təqib edəcəyik. Göndərdiyimiz fayllarda konkret dəlillər var”, - Bozdağ deyib.

Terrorçuların ekstradisiyasına hələ də müsbət cavab verilmədiyini vurğulayan nazir sorğu məktubunun göndərildiyini açıqlayıb.

Qeyd edək ki, Finlandiya və İsveç terrorçuların Ankaraya təhvil verilməsi ilə bağlı üzərinə öhdəlik götürüb.


Müəllif: Mənsur Rəğbətoğlu