6 İyul 2022 17:09
1 711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan anti-Rusiya sanksiyalarını dəstəkləmək üçün heç bir qərar qəbul etməyib, əksinə, ölkələr əməkdaşlığı genişləndirmək və çağırışlara birgə cavab vermək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, iki dövlətin hökumətləri daim təmasdadır, müntəzəm ünsiyyət ən yüksək səviyyədədir:

“Buna görə də indiyədək heç bir qərar qəbul edilməyib, əksinə, qarşılıqlı fəaliyyətimizi daha da genişləndirmək, xaricdən gələn çağırışlara birgə cavab vermək və bu qeyri-dost hərəkətlərin nəticələrini minimuma endirmək üçün mütləq niyyət var”.

Peskov həmçinin bildirib ki, Qazaxıstan Rusiyaya dost ölkə olaraq qalır.

“Kommersant”ın məlumatına görə, Qazaxıstan Maliyyə Nazirliyi Rusiyaya müəyyən növ malların tədarükünə sanksiya məhdudiyyətlərinin tətbiqini tənzimləyən sərəncam layihəsini ictimai müzakirə üçün yayımlayıb. Məlumatda qeyd edilib ki, Qazaxıstan hökuməti bu cür mallar üçün elektron qaimə-fakturaları təsdiqləməyəcək və bunsuz malların Rusiyaya keçirilməsi qadağan olunacaq.


Müəllif: Mənsur Rəğbətoğlu