6 İyul 2022 20:25
1 586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başlatdığı işğal bütün dünyanın reaksiyasına səbəb oldu. Bundan sonra Ukrayna ordusuna dəstək üçün bir çox ölkədən muzdlular və könüllülər bölgəyə axışmağa başladı.

Teleqraf.com xəbər verir ki, bu könüllülərdən biri də braziliyalı keçmiş model və aktrisa Talita do Valle idi.

Rusiya işğalına qarşı döyüşmək üçün Ukraynaya gedən 3 braziliyalı könüllünün cəbhədə həlak olduğu açıqlanıb. Onlardan birinin keçmiş model və aktrisa Talita do Valle olduğu üzə çıxıb.

Vallenin Xarkov yaxınlığında ruslara qarşı döyüşərkən həlak olduğu bildirilib.

Braziliya mediasının məlumatına görə, Rusiya raketləri könüllü döyüşçülərin yerləşdiyi bunkerə düşüb və hücum nəticəsində onların olduqları sığınacaqda yanğın baş verib.

Bir neçə həftə əvvəl Ukrayna ordusuna qatılan 39 yaşlı Talita do Valle bundan əvvəl İraqda İŞİD terror təşkilatına qarşı döyüşlərdə iştirak edib. Gəncliyində modelliklə məşğul olan, filmlərə çəkilən Valle sonralar heyvan hüquqları müdafiəçisi kimi tanınıb.


Müəllif: Mənsur Rəğbətoğlu