6 İyul 19:26
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın eks-prezidenti Viktor Yanukoviç Ukrayna vətəndaşlarını hazırkı çətin vəziyyətdə öz seçimlərini etməyə çağırıb.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, Yanukoviçə görə, Ukraynadakı vəziyyət adekvat qiymətləndirilməli və vətəndaşların ən müxtəlif fikirlərinə hörmət edilməlidir.

"Vətəndaşlar özləri seçim etməlidirlər. Ya sonuncu ukraynalıya qədər mübarizə aparmalı, ya da orada qalanlar xilas olmalıdırlar. Vətəndaşlara öz sözünü deməyə imkan vermək vacibdir. Kiyev ukraynalıları doğru və yanlışa bölməyi dayandırmalı, vəziyyəti fərqli qiymətləndirənlərlə əlaqə saxlamaq üçün güc tapmalıdır”.

Yanukoviç hazırkı hakimiyyəti öz “qələbələri” barədə yalan danışmağı dayandırmağa çağırıb .


Müəllif: Teleqraf.com