6 İyul 2022 22:13
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vaxtilə Rusiyanın olmuş Alyaska ərazisi indi Amerika Birləşmiş Ştatlarının bir hissəsidir. Ona görə də dövlət yadda saxlamalıdır ki, Rusiya ərazisini bərpa edə bilər".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin plenar iclas zamanı səsləndirib.

"Həmişə cavab verəcəyimiz bir şey var. Qoy Amerika həmişə yadda saxlasın, orada ərazimizin bir hissəsi var - Alyaska. İndi onlar bizim resurslarımızı ələ keçirməyə çalışırlar, bunu etməzdən əvvəl düşünsünlər ki, biz geri dönə bilərik", deyə Volodin qeyd edib.

Aprelin sonunda ABŞ-ın maliyyə naziri Canet Yellen demişdi ki, Ukraynanın müharibədən sonrakı bərpası “böyük vəsait tələb edəcək”. Və heç olmasa onların bir qismini Rusiyadan götürmək lazım gələcək.


Müəllif: Teleqraf.com