6 İyul 2022 21:25
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Van əyalətinin jandarmasının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində axtarışda olan PKK terrorçuları Osman Yıldırımçakar və Şehmiran Karahan zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə daxili işlər naziri Suleyman Soylu bildirib.

Qeyd olunub ki, bu şəxslər barədə məlumat təqdim edənlərə 1 milyon türk lirəsi mükafat təklif olunurdu.


Müəllif: Teleqraf.com