7 İyul 08:42
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef Bayden ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə Əfqanıstanı ABŞ-ın NATO xaricindəki əsas müttəfiqi statusundan məhrum qərarı barədə məlumatlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada deyilir.

"Mən Əfqanıstanın ABŞ-ın NATO xaricindəki əsas müttəfiqi statusunu ləğv etmək niyyətimi bildirirəm", - deyə açıqlamada deyilir.

ABŞ Əfqanıstanı NATO xaricindəki əsas müttəfiqləri sırasına 2012-ci ildə daxil edib.


Müəllif: Teleqraf.com