7 İyul 2022 09:23
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu Xersona əks-hücum üçün şərait yaratmaqda davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmalar İnstitutunun (ISW) son hesabatında deyilir.

Qeyd olunur ki, iyulun 6-da ruslar Xerson vilayətinin şimal-qərbində uğursuz hücum əməliyyatları keçirib və Ukraynanın hücumlarını dəf etmək üçün bütün cənub oxu boyunca artilleriya atəşi aparıb.

“FİRMS” məsafədən Xerson-Nikolayev və Xerson-Dnepropetrovsk vilayətlərinin sərhədi boyunca çoxlu sayda yanğınları göstərib. Geolokasiya edilmiş görüntülər Ukrayna və Rusiya qüvvələrinin Xerson və Nikolayev sərhədindəki Snıqırevka və Andreevka bölgələrində artilleriyadan necə atəş açdığını nümayiş etdirir. Ukrayna Cənub Əməliyyat Komandanlığı əlavə edib ki, Rusiya qoşunları Neçayannoyda (Nikolayevdən təqribən 33 km qərbdə) yaşayış infrastrukturuna raket zərbələri endiriblər. Amma Rusiyanın Teleqram kanalları rus raketlərinin Ukrayna mövqelərini vurduğunu iddia edib” - məlumatda deyilir.

Xatırladaq ki, daha əvvəl hərbi ekspert Oleq Jdanov hazırda Ukraynanın Xersonu rus işğalçılarından azad etməyə hazır olmadığını deyib: "Halbuki Ukrayna Silahlı Qüvvələri ondan 17 kilometr aralıda yerləşir".

Öz növbəsində, rusiyalı müxalifətçi Andrey Piontkovski əmindir ki, Xersonun işğalçılardan azad edilməsi ilə Rusiya Federasiyasını bütün “yalan piramidası” dağılacaq və hər kəsi şoka salacaq.


Müəllif: Nemət